AZ

Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarında dəyişiklik edilib

Bakı. Trend:

Energetika Nazirliyinin Kollegiyasının 29 may 2024-cü il tarixliqərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının istismarındatəhlükəsizlik texnikası Qaydaları"na dəyişiklik edilib.

Trend xəbərverir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov müvafiqqərar imzalayıb.

Qərara əsasən, elektrik avadanlıqlarının sınağının aparılmasınaburaxılan şəxslərin biliklərinin yoxlanılması məqsədilə yaradılankomissiyanın tərkibi dəqiqləşdirilib.

Qərara əsasən, "Elektrik qurğularının texniki istismarQaydaları"na uyğun olaraq formalaşdırılan komissiyaya gərginliyi1000 V-dan yuxarı olan elektrik qurğuları üzrə elektriktəhlükəsizliyi sahəsində V qrupdan aşağı olmayan, gərginliyi 1000V-dək olan elektrik qurğuları üzrə isə IV qrupdan aşağı olmayanmütəxəssislər cəlb olunacaq.

Buna qədər isə gərginliyi 1000 V-dək olan elektrik qurğularıüçün elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı, gərginliyi 1000V-dək olan elektrik qurğuları üçün isə IV qrupdan aşağı ixtisasamalik mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulurdu.

Bu dəyişikliklər Azərbaycan Respublikası Energetika NazirliyininKollegiyasının 2024-cü il 29 may tarixli 3-15/3-1-1/2024 nömrəli Qərarı ilətəsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizliktexnikası Qaydaları”nın 44.1-ci bəndində “1000 kV-dək” sözləri“1000 V-dək” sözləri ilə, “aşağı qrupa” sözləri “aşağı olmayanqrupa” sözləri ilə əvəz edilməsi nəticəsində olub.

Məqalədə:
Seçilən
144
10
az.trend.az

10Mənbələr