AZ

Azərbaycanda bu qaydalar sərtləşdirildi

Energetika Nazirliyinin Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları"na dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov müvafiq qərar imzalayıb.

Qərara əsasən, elektrik avadanlıqlarının sınağının aparılmasına buraxılan şəxslərin biliklərinin yoxlanılması məqsədilə yaradılan komissiyanın tərkibi dəqiqləşdirilib. Belə ki, "Elektrik qurğularının texniki istismar Qaydaları"na uyğun olaraq formalaşdırılan komissiyaya gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğuları üzrə elektrik təhlükəsizliyi sahəsində V qrupdan aşağı olmayan, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üzrə isə IV qrupdan aşağı olmayan mütəxəssislər cəlb olunacaq.

İndiyədək isə gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün isə IV qrupdan aşağı ixtisasa malik mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulurdu.

Seçilən
136
10
publika.az

10Mənbələr