Bakı, 3 yanvar, AZƏRTAC
İtaliya A Seriyasında XVIII tura start verilib.
AZƏRTAC xəbər verir ki, "Milan" səfərdə "Kalyari" ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 50-ci dəqiqədə Rafael Leao vurub.
Qələbə sayəsində xallarını 38-ə çatdıran "Milan" liderliyə yüksəlib.