AZ

2026 cı ilin ilk səma şousu: Super Ay və meteor yağışı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2026-cı ilin ilk Super Ay hadisəsi bu həftə sonu müşahidə olunacaq.

Oxu.Az CNN-ə istinadən xəbər verir ki, səma şousunu yanvarın 3-də müşahidə etmək mümkün olacaq.

NASA-nın Planet Elmləri, Geologiya, Geofizika və Geokimya Laboratoriyasının direktoru Noa Petronun sözlərinə görə, Super Ay o qədər parlaq və böyük olacaq ki, başqa bir səma hadisəsi - Kvadrantid meteor yağışının müşahidəsini çətinləşdirəcək.

Məlumata görə, meteor yağışı məhz yanvarın 3-də pik nöqtəsinə çatacaq. Müşahidə üçün ən yaxşı vaxt isə yanvarın 4-də gecəyarısından sübhə qədər olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
5
oxu.az

5Mənbələr