AZ

2025-ci il Britaniya tarixində ən isti dövr olub

Bakı, 3 yanvar, AZƏRTAC

2025-ci il Birləşmiş Krallıq tarixində ən isti dövr olub.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Britaniyanın Milli Meteorologiya Agentliyi (Met Office) yayıb.

Qeyd olunur ki, 2025-ci ildə orta illik temperatur 10,09 dərəcə Selsi olub. Bu da, 2022-ci ildə təsbit edilmiş rekordu (10,02 dərəcə Selsi) üstələyir.

Agentlik bildirir ki, müntəzəm ölçmələrin aparıldığı 1884-cü ildən indiyədək son 10 ildəki qədər uzun davam edən isti mövsümlər qeydə alınmayıb. Bu da iqlim dəyişikliyinin bariz nümunəsidir.

Seçilən
153
17
azertag.az

10Mənbələr