"Tottenhem” Manor Solomonu “Vilyarreal”dan icarədən geri çağırdığını açıqlayıb.
Apasport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, israilli hücumçu bu mövsümün sonuna qədər “Fiorentina”da (İtaliya) icarə əsasında çıxış edəcək.
Solomon 2025/2026 mövsümünün ilk yarısında “Vilyarreal”ın heyətində 11 oyuna çıxıb və 1 qol vurub.
Hücumçu 2023-cü ilin yayında azad agent kimi “Tottenhem”ə qoşulub. O, London klubunda 6 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. Futbolçunun “Tottenhem”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt” portalının məlumatına görə, Manor Solomonun hazırkı bazar dəyəri 9 milyon avro təşkil edir.
La Liqa klubu argentinalı futbolçu ilə güclənib
45 yaşlı qolkiper klubu ilə müqavilə yeniləyib
Salah İtaliya nəhəngində çıxış edə bilər
Bundesliqa klubunda yeni məşqçi təyinatı
Haaland hamını qabaqladı - ən çox qol vuran futbolçudur