AZ

Tottenhem in hücumçusu Fiorentina da Rəsmi

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Tottenhem"in hücumçusu "Fiorentina"da- Rəsmi

"Tottenhem” Manor Solomonu “Vilyarreal”dan icarədən geri çağırdığını açıqlayıb.

QOL.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, israilli hücumçu bu mövsümün sonuna qədər “Fiorentina”da (İtaliya) icarə əsasında çıxış edəcək.

Solomon 2025/2026 mövsümünün ilk yarısında “Vilyarreal”ın heyətində 11 oyuna çıxıb və 1 qol vurub.

Hücumçu 2023-cü ilin yayında azad agent kimi “Tottenhem”ə qoşulub. O, London klubunda 6 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. Futbolçunun “Tottenhem”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

“Transfermarkt” portalının məlumatına görə, Manor Solomonu­n hazırkı bazar dəyəri 9 milyon avro təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
3
qol.az

3Mənbələr