2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 936 min cüt ayaqqabı istehsal edilib.
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.
Ötən il dekabr ayının 1-nə, ölkədə 147 min cüt hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 1 milyon 41 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 39 % çoxdur.
"Cebheinfo.az"