Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 15,7 milyard ədəd siqaret və siqar istehsal edilib.
Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3% çoxdur.
Dekabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,016 milyard ədəd təşkil edib.
Bundan başqa, 2025-ci ilin ilk 11 ayında Azərbaycanda 1786,1 ton tütün istehsal edilib ki, bu da illik müqayisədə 56,6% azdır. Ötən ilin dekabrın 1-nə ölkədə sözügedən məhsul üzrə hazır ehtiyat 486,9 tona bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,409 milyard manatlıq içkilər və tütün məmulatları satılıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.
Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin xüsusi çəkisi yekunda 4,1% təşkil edib.