AZ

Neftçi Qazaxıstan, Çin və Misir klubları ilə qarşılaşacaq

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mövsümün ikinci hissəsinə Əbu-Dabidə hazırlaşacaq “Neftçi” təlim-məşq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar”ın ilk görüşü “Kayrat”a (Qazaxıstan) qarşı olacaq.

Oyun yanvar 9-na planlaşdırılıb. Görüşün başlama saatı yerli vaxtla 19:00-a nəzərdə tutulub.

“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

“Neftçi” sonuncu görüşlə Əbu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
9
fanat.az

6Mənbələr