AZ

“Neftçi” “Kayrat” oyununun vaxtı müəyyənləşdi

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirəcək “Neftçi” hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.

QOL.az-ın xəbərinə görə, “ağ-qaralar”ın ilk görüşü “Kayrat”a (Qazaxıstan) qarşı olacaq.  Oyun yanvar 9-na planlaşdırılıb. Görüşün başlama saatı yerli vaxtla 19:00-a nəzərdə tutulub.

“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

"Neftçi" sonuncu görüşlə Abu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
1
qol.az

10Mənbələr