AZ

Goranboyda ayağı sınan xadimə şoka düşüb öldü

Goranboyda qadın faciəvi şəkildə vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, hadisə yanvarın 1-i saat 16 radələrində  Dəliməmmədli şəhərində qeydə alınıb.

Şəhər ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-də xadimə işləyən Samux rayon sakini 1967-ci il təvəllüdlü Nahidə Məmmədovanın ayağı sınıb.

Qadın dəmir yolu relsinin üzərindən keçərkən ayağı relsin kənarındakı beton dirəyin arasında qalaraq qırılıb. Ağrıdan şoka düşən N.Məmmədova hadisə yerində vəfat edib.


Telegram kanalımız
Seçilən
9
6
yenisabah.az

7Mənbələr