Goranboyda qadın faciəvi şəkildə vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, hadisə yanvarın 1-i saat 16 radələrində Dəliməmmədli şəhərində qeydə alınıb.
Şəhər ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-də xadimə işləyən Samux rayon sakini 1967-ci il təvəllüdlü Nahidə Məmmədovanın ayağı sınıb.
Qadın dəmir yolu relsinin üzərindən keçərkən ayağı relsin kənarındakı beton dirəyin arasında qalaraq qırılıb. Ağrıdan şoka düşən N.Məmmədova hadisə yerində vəfat edib.
Telegram kanalımız