Paytaxtın Xətai rayonu, Vüqar Babayev küçəsində illərdir aşma təhlükəsi olan ağac güclü külək səbəbindən yaxınlıqda dayanan 2 avtomobilin üzərinə aşıb.
Day.Az xəbər verir ki, zərərçəkənlərdən biri hadisənin anidən baş verdiyini bildirib.
Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, ağacın aşma təhlükəsi barədə müvafiq qurumlara dəfələrlə məlumat verilib, lakin məsələyə baxılmayıb.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ünvanda aşmış ağac Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən götürülüb. Həmçinin qeyd olunub ki, təhlükəli ağaclar ərazidə olduğu zaman sakinlər tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmalıdır və yalnız Dövlət Ekoloji Ekspertiza Agentliyindən rəy verildikdən sonra ağaclar götürülə bilər. Sözügedən ağacın götürülməsilə bağlı isə birliyə rəy təqdim olunmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.