AZ

SON DƏQİQƏ - Azərbaycan klubu ilə anlaşan əcnəbinin yerli köməkçisi kim oldu?

Elmar Baxşıyevlə vidalaşan «Araz-Naxçıvan» yanvarın 5-də bir araya gələcək.

Yeni baş məşqçi Andrey Demçenko artıq bu gecə Azərbaycana gəlməlidir.

Ukraynalı mütəxəssisin korpusunda yer alanlardan ikisinin yerli olması gözlənilir. Onlardan birinin kimliyi bizə bəllidir.

Həmin şəxs Vadar Nuriyevdir. Bir neçə ildir klubda çalışan, son olaraq seleksiya işlərinə baxan Nuriyev təcrübəli kadr sayılır.

Digər yardımçının kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.

Demçenko 2025-ci ili Qazaxıstanda - «Jenis»də keçirib və dekabrın 9-da oradan ayrılıb.

1990-1995-ci illərdə futbolçu kimi “Ayaks”ın formasını geyinmiş, 2011-ci ildən məşqçilik həyatına atılmış ukraynalı ötən illər ərzində müxtəlif klublarda işləyib.

49 yaşlı çalışdırıcı «İmeks», «Metallurq» (Zaporojye), «Obod» (Özbəkistan), «Veres, «Lvov», «Metallist 1925» və «Bukovina»nın, həmçinin Gürcüstanda «Dila» və «Dinamo Batumi»də əmək sərf edib. Batumi klubunu ölkə çempionu etməyi bacarıb.

SPORTİNFO.AZ

Seçilən
51
2
sportinfo.az

10Mənbələr