AZ

Azərbaycan klubu əcnəbi baş məşqçi ilə bağlı məsələyə nöqtə qoydu - SON DƏQİQƏ

“Araz-Naxçıvan”da yeni baş məşqçi məsələsinə nöqtə qoyulub.

Klub bir sıra yerli-xarici mütəxəxəssislərlə danışıqlar aparırdı.

Sonda ən uyğun şəxs Andrey Demçenko görülüb.

Tərəflər bütün məsələlərdə razılığa gəlib.

Ukraynalı mütəxəssislə 6 ay+1 illik anlaşma imzalanıb.

Mövsümün ikinci yarısında göstəriləcək nəticə əcnəbi çalışdırıcının gələcək taleyini müəyyən edəcək.

Demçenko yaxın 2 gündə Bakıya gələcək.

O, yanvarın 5-də təlim-məşq toplanışına başlayacaq komandanın ilk gündən başında olacaq.

49 yaşlı çalışdırıcı 2025-ci ili Qazaxıstanda - «Jenis»də keçirib və bir neçə gün öncə oradan ayrılıb.

1990-1995-ci illərdə futbolçu kimi “Ayaks”ın formasını geyinmiş, 2011-ci ildən məşqçilik həyatına atılmış Demçenko ötən illər ərzində müxtəlif klublarda işləyib.

«İmeks», «Metallurq» (Zaporojye), «Obod» (Özbəkistan), «Veres, «Lvov», «Metallist 1925» və «Bukovina»nın, həmçinin Gürcüstanda «Dila» və «Dinamo Batumi»də əmək sərf edib. Demçenko Batumi klubunu ölkə çempionu etməyi bacarıb.

SPORTİNFO.AZ

Seçilən
54
4
sportinfo.az

10Mənbələr