AZ

Moskva 1,5 saat ərzində 20 PUA-nın hücumuna məruz qaldı

Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan daha iki PUA-nın məhv edildiyini açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, Sobyaninin sözlərinə görə mütəxəssislər dronların qalıqlarının düşdüyü yerə gəliblər.

Yanvar 1-də 28 dron Moskvaya hücum etməyə cəhd edib. Gecə hücumları saat 00:27-dən 03:50-dək davam edib. Moskvaya yaxınlaşarkən səkkiz dronu məhv edilib. Hücumlar saat 19:00-dan yenidən davam edib. Bir saat yarım ərzində hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan daha 20 dron hücumunu dəf edib.

Bu fonda Moskva yaxınlığındakı Jukovski Hava Limanı və Moskvadakı Domodedovo Hava Limanı bütün təyyarələrin gəlişini və uçuşunu müvəqqəti olaraq dayandırıb.

Elvin

Ölkə.az

Seçilən
163
17
olke.az

10Mənbələr