D vitamini kalsiumun bədən tərəfindən sorulmasına kömək edərək sümüklərin güclənməsində həlledici rol oynayır. O, sümüklərin incəlməsinin və sümük əriməsinin (osteoporoz) qarşısını alır. İki əsas forması vardır: D2 və D3.
Milli.Az xəbər verir ki, D Vitamini səviyyəsini sürətlə qaldırmaq üçün üç mənbədən istifadə olunur:
Hər gün 15-30 dəqiqə günəş altında qalmaq (dərinin birbaşa təması ilə).
Yağlı balıqlar və zənginləşdirilmiş qidaların istehlakı.
Əksiklik şiddətli olduqda həkim nəzarəti ilə qəbul edilən preparatlar (səviyyənin normallaşması adətən 4-6 həftə çəkir).
Təbiətdə D vitaminin ən zəngin mənbəyi balıqlardır.
Yağlı balıqlar: Qızılbalıq (somon), tunes (ton), skumbriya, nərə balığı, sardiniya.
Dəniz məhsulları: İlbiz və krevet.
Heyvan mənşəli qidalar: Balıq qaraciyəri yağı (treska yağı), mal qaraciyəri, yumurta sarısı, pendir.
Zənginləşdirilmiş qidalar: Bəzi süd məhsulları, soya südü, badam südü, portağal şirəsi və yulaf əzməsi.
Çatışmazlıq Əlamətləri
Əgər bədəninizdə D vitamini azdırsa, aşağıdakı simptomları hiss edə bilərsiniz:
Əzələ və sümük ağrıları;
Xroniki yorğunluq və depressiya;
Əllərdə və ayaqlarda qarışqa gəzməsi hissi;
Saç tökülməsi və iştahsızlıq;
Yaraların gec sağalması və tez-tez sümük qırıqları.
D Vitamini Səviyyəsi Nə Qədər Olmalıdır?
Qan analizi zamanı nəticələr belə qiymətləndirilir:
Yetərli: 20 ng/mL (50 nmol/L) və yuxarı.
Çox aşağı: 12 ng/mL (30 nmol/L) altı (sümükləri zəiflədir).
Həddindən artıq yüksək: 50 ng/mL (125 nmol/L) yuxarı (sağlamlıq problemlərinə yol aça bilər).
Gündəlik Ehtiyac (IU ilə)
0-12 ay: 400 IU
1-70 yaş: 600 IU
71 yaşdan yuxarı: 800 IU
Hamilə və süd verən analar: 600 IU
Artıq Miqdarın Zərərləri
D vitamininin normadan çox olması (toksiklik) ürəkbulanma, qusma, böyrək daşları, əzələ zəifliyi və ağır hallarda böyrək çatışmazlığına və ya ürək ritminin pozulmasına səbəb ola bilər. Ona görə də yüksək dozalı takviyələr yalnız həkim məsləhəti ilə qəbul edilməlidir.
Lalə Qüdrətova
Milli.Az