AZ

B12 vitamini çatışmazlığı: Risk qrupları KİMLƏRDİR?

ain.az, Bizim media portalına istinadən məlumat verir.

B12 vitamini, kobalamin kimi də tanınır və bədəndə bir çox mühüm funksiyada rol oynayır.Bizim.Media xəbər verir ki, qırmızı qan hüceyrələrinin əmələ gəlməsindən sinir sisteminin fəaliyyətinə qədər vacibdir.Çatışmazlıq hər kəsdə baş verə bilər, lakin bəzi qruplar daha yüksək risk altındadır.Mədə sağlamlığı vacibdirB12 vitamini əsasən heyvan məhsullarında olur və bədəndə istehsal edilmir. Onun udulması üçün mədə sağlamlığı və daxili faktor (İF) zülalı lazımdır.B12 vitamini zəngin qidalar:Qırmızı ət, qaraciyər, böyrək və dalaq kimi içalatlarToyuq, hinduşka və yağlı balıqlar (skumbriya, tuna, sardina, alabalıq)Süd məhsulları: süd, qatıq, pendir, yumurta sarısıBitki mənşəli mənbələrdə B12 azdır, ona görə vəqanlar xüsusi diqqət etməlidirRisk faktorları:Mədə xəstəlikləri (xora, xərçəng) və proton pompası inhibitorlarıMetformin qəbul edən diabet xəstələriPernisioz anemiya, Kron xəstəliyi, çölyak xəstəliyiNazik bağırsağın cərrahi yollarla qısaldılmasıYaşlılıq (60 yaşdan sonra udulma azalır)Həddindən artıq spirt istehlakıQidalanma pozğunluğu və veqan/vegetarian pəhrizləriƏlamətlər:Daimi yorğunluq, zəiflik, əzələ zəifliyiİştahsızlıq və çəki itkisiAnemiyaNəfəs darlığı, sinə ağrısıBaşgicəllənmə, baş ağrısıƏllərdə və ayaqlarda keyimə, karıncalanmaSolğun dəri, limon sarısıYuxu problemləriZamanla unutqanlıq və depressiyaMüalicə üsulları:B12 çatışmazlığı diaqnozu qanda B12 səviyyəsinin ölçülməsi ilə qoyulur. Müalicə üsulları:Balanslı qidalanmaAğır çatışmazlıq hallarında həkim nəzarəti ilə həb və ya inyeksiya (əzələdaxili)Mədə problemi olanlarda dəmir çatışmazlığı varsa, B12 ilə birlikdə dəmir müalicəsiİnyeksiya xüsusilə yaşlı xəstələrdə effektivdir və müəyyən fasilələrlə davam etdirilməlidirVacib xəbərdarlıq: B12 vitamini preparatları yalnız həkim göstərişi ilə qəbul edilməlidir."Beyni gücləndirmək", "demensiyaya qarşı" və ya "insultların qarşısını almaq" iddiaları ilə lazımsız istifadə təhlükəlidir. (e-saglam.az)Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
7
bizim.media

7Mənbələr