Fransada Yeni il şənlikləri zamanı 800-dən çox avtomobil yandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.
Hesabatda deyilir: "İlkin polis hesabatına görə, 31 dekabrdan 1 yanvara keçən gecə ümumilikdə 813 avtomobil yandırılıb... Bunlardan 183-ü yanğının yayılması səbəbindən alovlanıb."