AZ

Fransada Yeni il şənlikləri zamanı 813 avtomobil yandırıldı

Fransada Yeni il şənlikləri zamanı 800-dən çox avtomobil yandırılıb.

Publika.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

"İlkin polis hesabatına görə, 31 dekabrdan 1 yanvara keçən gecə ümumilikdə 813 nəqliyyat vasitəsi yandırılıb. Bunlardan 183-ü yanğının onlara keçməsi səbəbindən yanıb", - deyə açıqlamada bildirilir.

"Milad paytaxtı" olan Strasburq şəhərinin yerləşdiyi Bas-Reyn departamentində ən çox vandalizm hadisəsi qeydə alınıb və 117 avtomobil yandırılıb. Paytaxtı Lion olan Ron departamentində 82 avtomobil yandırılıb, ardınca qərbdəki Jironde departamenti və Paris ətrafındakı Val-d'Uaz departamenti gəlir (hər birində 36 avtomobil yandırılıb) və hakimiyyət orqanları 32 avtomobilin yandığını qeydə aldığı Nord departamenti gəlir.

Seçilən
86
3
publika.az

10Mənbələr