AZ

31 yaşlı kişi kafedə qətlə yetirildi - Saxlanılan var

Ağsuda 31 yaşlı kişi qətlə yetirilib. 

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Çiyni kəndi ərazisində baş verib.

Məlumata görə, kənddə yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə öldürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
93
39
avtosfer.az

10Mənbələr