AZ

31 yaşlı kişi kafedə qətlə yetirildi: Saxlanılan var

Ağsuda 31 yaşlı kişi qətlə yetirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo” nun məlumatına görə, hadisə ötən gün rayonun Çiyni kəndi ərazisində baş verib.

Məlumata görə, kənddə yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə öldürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
107
39
cebheinfo.az

10Mənbələr