AZ

Amsterdamda təxminən 150 illik tarixi olan kilsə yanıb

Yeni il gecəsi Amsterdamın tarixi mərkəzi yaxınlığında 150 illik tarixi olan kilsə yanıb.

AzPost xəbər verir ki, bu barədə “NL Times” qəzeti məlumat yayıb.

Yanğının gecə yarısından az sonra başladığı qeyd edilib.

“Bu monumental kilsədə kütləvi və dəhşətli yanğındır. Bizim birinci prioritetimiz ətrafdakı sakinlərin rifahını və təhlükəsizliyini təmin etməkdir”, – Amsterdam meri Femke Halsema bildirib.

Yanğın artıq Vondelkerk kilsə qülləsinin dağılmasına səbəb olub. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib. Fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, yanan köz şəhərin mərkəzinə doğru yayılır.

Seçilən
63
3
azpost.info

10Mənbələr