AZ

Xankəndidə bayram atəşfəşanlığı keçirilib - FOTO - VİDEO

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Xankəndi şəhərində atəşfəşanlıq olub. Bayram tədbirləri çərçivəsində keçirilən atəşfəşanlıq şəhər səmasını rəngarəng işıqlarla bəzəyərək, sakinlərə unudulmaz anlar yaşadıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən məlumata görə, doğma yurdun azad səmasında yüksələn bayram ovqatı sakinlərdə qürur, sevinc hissləri yaşadıb.

Tədbir zamanı ictimai asayiş və təhlükəsizlik tam təmin edilib.Qeyd edək ki, işğaldan azad edilmiş Xankəndidə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və həmrəyliyinin, eləcə də bu torpaqlarda əbədi suverenliyin rəmzi kimi dəyərləndirilir.

  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
  • Xankəndidə
Seçilən
52
12
day.az

10Mənbələr