AZ

Xankəndidə bayram atəşfəşanlığı olub 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndidə atəşfəşanlıq olub. Bayram tədbirləri çərçivəsində keçirilən atəşfəşanlıq şəhər səmasını rəngarəng işıqlarla bəzəyərək, sakinlərə unudulmaz anlar yaşadıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, doğma yurdun azad səmasında yüksələn bayram ovqatı sakinlərdə qürur, sevinc hissləri yaşadıb və coşqu ilə qarşılanıb. Tədbir zamanı ictimai asayiş və təhlükəsizlik tam təmin edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Xankəndidə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və həmrəyliyinin, eləcə də bu torpaqlarda əbədi suverenliyin rəmzi kimi dəyərləndirilir.

Seçilən
38
9
azerbaijan-news.az

10Mənbələr