Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verib.
Bu barədə "Report"un yerli bürosuna Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub