AZ

Sumqayıtda sex yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Ətraf ərazilər yanğından mühafizə olunub.

Seçilən
26
30
modern.az

10Mənbələr