AZ

Saçlarınızı qorumaq istəyirsinizsə belə papaqlar taxmayın

Qış aylarında saçlar ciddi stresə məruz qalır. Tez-tez temperatur dəyişiklikləri və quru hava saçları zəif və qırılmağa meylli edir, baş geyimləri ilə sürtünmə isə elektriklənmə və parlaqlığın itirilməsinə səbəb olur.

Milli.Az xəbər verir ki, saç baxımı məhsulları üzrə meneceri Li Şenxan açıqlamasında saç sağlamlığını qorumağın əsas prinsiplərini bölüşüb.

Ekspertin sözlərinə görə, əsas problem kəskin temperatur fərqləridir. Saçlar -10 dərəcədən +22 dərəcəyə keçəndə tükün daxili suyu ani şəkildə genişlənir və sıxılır, quru hava isə kutikuladan nəm çıxarır. Nəticədə saçlar yüngül, gözənəkli olur, müsbət elektrik yükü toplayır, qırılır, parlaqlığını itirir və elektriklənir.

Li Şenxan saç qurudan istifadə zamanı diqqətli olmağı tövsiyə edir. İsti hava ilə dərhal soyuğa çıxmaq saçlara əlavə stress verir. İlk qayda quruducunun temperaturunu azaltmaq və mütləq istilikdən qoruyucu vasitələrdən istifadə etməkdir. Saçları ilıq su ilə yumaq, son olaraq soyuq su ilə yaxalamaq isə kutikulanı bağlayır və parlaqlıq verir.

Saçların daxildən nəm və yağ balansını qorumaq da vacibdir. Qış aylarında daha qidalandırıcı maskalar və keratin və ya təbii yağlar tərkibli yuyulmayan serumlardan istifadə tövsiyə olunur. Bu vasitələr görünməz qoruyucu təbəqə yaradır, nəm saxlayır və soyuqdan, baş geyimlərindən yaranan zədələri azaldır. Hialuron turşusu, aloe, betain kimi komponentlər saçın içində nəmi saxlamağa kömək edir.

Elektriklənmənin qarşısını almaq üçün baş geyimlərini təbii materiallardan seçmək vacibdir. Məsələn, pambıq, ipək və ya viskoz astarlı papaqlar tövsiyə olunur. Plastik daraq yerinə isə taxta və ya təbii tüklü fırça istifadə edilməlidir. Həmçinin gündəlik baxıma antistatik sprey və ya bir neçə damcı jojoba yağı əlavə etmək olar.

Li Şenxan vurğulayır ki, qış baxımı bir dəfəlik tədbir deyil, kompleks yanaşma tələb edir. Düzgün qaydalara əməl etdikdə saçlar elektriklənmir, daha az qırılır və hətta sərt soyuqda belə təbii parlaqlığını qoruyur.

İsmayıl
Milli.Az

Seçilən
61
3
milli.az

10Mənbələr