AZ

Bayramdan qalan salatları neçə gün yemək olar? - Bu qədər vaxtdan sonra "zəhər" yayır

Həkim Yeni il süfrəsində təhlükəli qida qarışığını açıqlayıb.

Milli.Az xəbər verir ki, rusiyalı qastroenteroloq Yevgeni Belousov bəzi qida kombinasiyalarının həzm sistemi üçün ciddi problem yarada biləcəyini bildirib.

Onun sözlərinə görə xüsusilə Yeni il süfrələrində çoxlu yağlı, şirin və nişastalı yeməklərin bir arada istehlakı mədə-bağırsaqda narahatlıq yaradır. Belousov təhlükəli qarışıqlara yağlı ət məhsulları (donuz, ördək) ilə süd məhsullarını (pendir, qaymaq), alkoqol ilə qazlı içkiləri, çoxlu ət növlərinin (hisə verilmiş, duzlu, qızardılmış) kartof, makaron və şirin desertlərlə birləşdirilməsini, eləcə də alkoqol ilə yağlı balığın (losos, sardel, yağda çəkilmiş) birlikdə qəbul edilməsini göstərib.

Ekspert bildirib ki, bu qarışıqlar həzmi ləngidir, mədəaltı vəziyə və öd kanalına əlavə yük qoyur, köp, ürəkbulanma və hətta mədəaltı vəzi iltihabı kimi problemlərə səbəb ola bilər.

Həkim həmçinin qida təhlükəsizliyinə diqqət çəkib, 31 dekabrda hazırlanmış və 2 yanvara qədər saxlanmış salatlar, xüsusilə mayonezli olanlar, bakteriya və toksin riski daşıyır. Yenidən soyudulsa belə, artıq əmələ gəlmiş toksinlər aradan qalxmır və qida zəhərlənməsinə yol aça bilər.

Belousov salat və qəlyanaltıları kiçik porsiyalarda hazırlamağı, soyuducuda 24 saatdan artıq saxlamamağı və masada 1-2 saatdan artıq buraxmamağı tövsiyə edib. O, yaşlılar, uşaqlar və zəif immuniteti olan insanlar üçün nəticələrin ciddi ola biləcəyini və xəstəxanaya müraciət ehtimalının artdığını vurğulayıb.

İsmayıl
Milli.Az

Seçilən
56
50
milli.az

10Mənbələr