Türkiyənin "Qalatasaray" klubunun əfsanəvi futbolçusu və idman şərhçisi Gökmen Özdenak 78 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, futbolçu bir neçə gün əvvəl qəfil xəstələnərək xəstəxanaya yerləşdirilmişdi. Təxminən 40 dəqiqə nəfəs almaqda çətinlik çəkən Özdenakın ürəyi iki dəfə dayanmış, lakin həkimlərin müdaxiləsi ilə yenidən işə salınmışdı. Buna baxmayaraq, bu gün aldığı müalicəyə baxmayaraq həyatını itirib.
Gökmen Özdenak 1967-ci ildə "Qalatasaray"a transfer olunub və klubda 13 il ərzində 4 Türkiyə çempionluğu və 2 Türkiyə Kuboku qazanıb. O, həmçinin "Qalatasaray"ın Avropa kuboklarındakı 50-ci qolunu vurmuşdu.
Futbolçu karyerasını bitirdikdən sonra uzun illər idman yazarı və televiziya şərhçisi kimi fəaliyyət göstərən Özdenakın vəfatı idman ictimaiyyəti tərəfindən böyük kədər hissi ilə qarşılanıb.
İsmayıl
Milli.Az