AZ

Gökmən Özdenak vəfat etdi

Türkiyənin “Qalatasaray” klubunun unudulmaz futbolçularından, idman yazarı və şərhçi Gökmən Özdenak 78 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə “Qalatasaray” klubu məlumat yayıb.

Gökmən Özdenak son günlər ürək problemi səbəbindən xəstəxanaya yerləşdirilib, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.

Gökmən Özdenak 20 yaşında “Qalatasaray”-da futbolçu karyerasına başlayıb, 13 il ərzində bu komanda ilə 4 ölkə çempionluğu, iki Türkiyə Kuboku qazanıb. O, 1976-cı ildə “Qalatasaray”-ın Avropa kuboklarındakı 50-ci qolunu vuraraq klub tarixinə adını yazdırıb.

Türkiyə millisinin formasını 14 dəfə geyinən Gökmən Özdenak futbolçu karyerasını başa vurduqdan sonra uzun illər müxtəlif televiziya proqramlarında futbol şərhçisi və idman yazarı kimi fəaliyyət göstərib.

Seçilən
46
10
moderator.az

10Mənbələr