Ər-Riyadda keçirilən qapalı danışıqlar zamanı ABŞ dövlət katibi Marko Rubio gərginliyi azaltmaq üçün Rusiya Xarici işlər naziri Sergey Lavrova "Xaç atası" filmindən bir səhnəni xatırladıb.
Publika.az xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, ABŞ-ın yüksək vəzifəli diplomatı aktyor Marlon Brandonun canlandırdığı Siciliya mafiyası başçısı Vito Korleonenin bir sətirini sitat gətirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun qarşısında oturan Rubio deyib:
"Mən bütün həyatımı diqqətsiz olmamağa çalışaraq keçirmişəm. Qadınlar və uşaqlar diqqətsiz ola bilər, amma kişilər yox".