ain.az bildirir, Axar.az portalına istinadən.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi qəbul etməməsinin səbəbləri var.
Axar.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səfirimizin Lavrov tərəfindən qəbul edilməməsini şərh edərkən Yeni Müsavat-a açıqlamasında deyib.
Onun fikrincə, nazir səfirlə ona görə görüşmür ki, qapalı müzakirələr gedir:
“Hazırda detallı danışıqlar davam etməkdədir. Bu detalları isə Qaluzin səfirlə danışır. Məsələn, 11 rusun azad olunmasını istəyib. Bu məsələni Lavrov səfirlə görüşdə qaldıra bilməz. Çünki onun istəyinə riayət etməsək, münasibətlərdə gərginliyi artırar və Lavrovun da sözü yerə düşmüş olar”.
Qeyd edək ki, Lavrov azərbaycanlı səfiri ötən ilin oktyabrında qəbul edib. Ondan sonra hər hansı ünsiyyət olmayıb.
Ötən gün isə Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.