AZ

Dünyanın ən təsirli valyutaları hansılardır?

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Dünya üzrə ən təsirli ehtiyat valyutalarının siyahısı açıqlanıb.

Reyting.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun “COFER” bazasının yeni statistik məlumatlarına əsaslanan infografika qlobal valyuta ehtiyatlarının bölgüsünü təqdim edib.

Məlumata görə, ABŞ dolları dəyərinə görə yenidən dünya ehtiyat sisteminin əsas sütunu olaraq qalır. Bildirilir ki, mərkəzi bankların əksəriyyəti təxminən 6,6 trilyon dollardan çox aktivləri məhz dollarla saxlayır. Bu isə qlobal ehtiyatların 58 faizi deməkdir.

Dedollarizasiya ilə bağlı müzakirələr və ziddiyyətli ekspert fikirləri tez-tez gündəmə gəlsə də, ABŞ dolları likvid bazarlar, beynəlxalq ticarətdə istifadə və “təhlükəsiz liman” statusu sayəsində öz mövqeyini qorumaqda davam edir.

Statistik göstəricilərə əsasən, avro bu siyahıda ikinci yeri tutur - təxminən 2,3 trilyon dollarlıq ehtiyat, yəni qlobal payın 20 faizi ona məxsusdur.

Yaponiya yeninin və Britaniya funt sterlinqinin payı birlikdə qlobal ehtiyatların təxminən 11 faizini təşkil edir.

Digər valyutalar - Kanada və Avstraliya dollarları, Çin yuanı, eləcə də İsveçrə frankı daha kiçik paylara malikdir.

Qeyd olunur ki, Çin yuanının mövqeyi getdikcə güclənsə də, hazırda onun payı hələlik 2 faizdən bir qədər çoxdur.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
50
reyting.az

10Mənbələr