ain.az, Sherg.az saytına istinadən bildirir.
Qazaxıstan 2026-cı il yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinə (AİB) sədrlik edəcək
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Dövlət başçısı deyib ki, AİB-in qarşısında inteqrasiyanın səmərəliliyini artırmaq və birliyin potensialını gücləndirmək vəzifəsi dayanır:
“2026-cı il yanvarın 1-dən etibarən Qazaxıstan AİB-ə sədrlik edəcək. Geridə qalan il AİB üçün yubiley ili oldu. İnteqrasiya birliyimizin inkişafının ikinci onilliyinə inamla qədəm qoyduq.
Qarşıdakı dövr üçün ümumi vəzifəmiz inteqrasiyanın səmərəliliyini artırmaq, AİB-in potensial və tələbatını gücləndirməkdir. 2026-cı ildən etibarən AİB çərçivəsində iqtisadi proseslərin 2030 və 2045-ci ilədək olan dövrü üçün “Avrasiya İqtisadi Yolu” Bəyannaməsinin həyata keçirilməsinə başlanılır. Bu strateji sənəddə göstərilən məqsəd və vəzifələrə prioritet diqqət yetiriləcək”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.