AZ

Türk Hava Qüvvələri daha bir T 70 helikopterini silahlanmaya qəbul edib

Oxumeni.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türk Hava Qüvvələri daha bir T-70 helikopterini silahlanmaya qəbul edib

T-70-nin yeddinci helikopteri Hava Qüvvələri Komandanlığına təhvil verilib. Bu barədə Oxuməni.az “defenceturk”-un məlumatına istinadla xəbər verir.

T-70 ümumi təyinatlı helikopterinin yaradılması proqramı çərçivəsində istehsal olunan yeddinci helikopterin qəbul prosesləri başa çatıb. Bu proqram Müdafiə Sənayesi İdarəsi tərəfindən TUSAŞ şirkətinin baş podratçı qismində iştirakı ilə həyata keçirilir.

Helikopter Türk Hava Qüvvələri Komandanlığının silahlanmasına qəbul edilib. Hadisə haqqında məlumat Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkələrdəki rəsmi hesabında yayımlanaraq ictimaiyyətə çatdırılıb.

TUSAŞ tərəfindən istehsal olunan T-70 ümumi təyinatlı helikopterlərinin ilk təhvili 2022-ci ildə Meşə Təsərrüfatı Baş İdarəsinə həyata keçirilib. Bundan sonra 2024-cü ilin mayında Türk Silahlı Qüvvələrinə, 2024-cü ilin avqustunda Hava Qüvvələri Komandanlığına və 2025-ci ilin aprelində Jandarm Baş İdarəsinə təhvillər verilib.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
50
oxumeni.az

10Mənbələr