AZ

Kəskin hava şəraiti səbəbindən təxirə salınan uçuşların sayı 10 mini keçdi

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kəskin hava şəraiti ilə əlaqədar ABŞ-nin orta qərb və şimal-şərq ştatlarında 10 mindən çox reys təxirə salınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.

Bazar ertəsi və çərşənbə axşamı günü səhər saatlarına kimi daha 1 900 reys ləğv edilib.

Milli Meteoroloji Büronun məlumatına görə, bu bölgələrdə güclü qar və qasırğa müşahidə olunur. Xüsusilə, İllinoys ştatının Çikaqo şəhərində küləyin sürəti bazar ertəsi axşam bəzi yerlərdə 25 m/s-ə çatıb.

Nəqliyyatın hərəkəti dayanıb. Çox sayda yol-nəqliyyat hadisəsi də qeydə alınıb.

Təxminən 110 milyona yaxın insan sərt hava şəraitinin təsirinə məruz qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
116
50
avtosfer.az

10Mənbələr