Ukrayna Prezidenti Volodimir Zelenski sanksiyalar siyasəti üzrə komissar Vladislav Vlasyuku öz ofisinin rəhbəri təyin edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Zerkalo Nedeli" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Vlasyuk prezident ofisinə Andrey Yermakın müşaviri Darya Zarovna tərəfindən "gətirilib". Vlasyuk daha sonra Yermakla işləyib və ikisi arasında yaxın münasibətlər yaranıb. "Zerkalo Nedeli"nin məlumatına görə, Vlasyuk tez-tez Zelenskinin ofisində Yermakın "əmlakı" kimi xatırlanır.
Dekabrın 30-da Volodimir Zelenski prezident administrasiyasının rəhbəri vəzifəsinə Andrey Yermakın yerinə namizəd seçdiyini açıqlayıb.