AZ

Rusiya: ABŞ Ukrayna böhranı ilə bağlı mövqeyimizin bütün parametrlərini bilir



Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Amerika rəsmiləri arasında görüşün nəticələrinə əsasən mövqelərini müəyyən edəcəklərini bildirib və əlavə edib ki, "Amerikalı həmkarlarımız Rusiyanın mövqeyinin bütün parametrlərini yaxşı bilirlər".
Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

O, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ rəsmiləri ilə görüşdüyünü və Putinin görüşün nəticələri barədə məlumatlandırıldığını qeyd edib.
Görüşün məzmunu barədə məlumat vermək istəmədiklərini vurğulayan Peskov bildirib ki, "Biz mövqeyimizi Prezidentin aldığı məlumatlara əsasən müəyyənləşdirməyi və mövcud kanallar vasitəsilə əlaqələrimizi davam etdirməyi hədəfləyirik. Amerikalı həmkarlarımız Rusiyanın mövqeyinin bütün parametrlərini yaxşı bilirlər".

Peskov həmçinin ABŞ-ın Ukrayna böhranının həlli planının 20 bənddən ibarət olduğu iddialarına münasibət bildirməkdən imtina edib.

Putin və Fransa prezidenti Emmanuel Makron arasında dialoqun yenidən başlama ehtimalına gəlincə, Peskov deyib: "Əgər bu məsələ ilə bağlı təklif alsaq, məlumat verəcəyik".

Sözçü həmçinin Putinin dünən Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşü zamanı Rusiya bazalarının taleyinin müzakirə olunub-olunmadığı ilə bağlı suala cavab verməkdən imtina edib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
12
2
aia.az

3Mənbələr