"İstəklilər koalisiyası"nın nümayəndələri təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ qoşunlarının Ukraynada mümkün yerləşdirilməsini müzakirə edirlər.
"Far.Az" "İnterfaks-Ukrayna"ya xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
"Şübhəsiz ki, biz (ABŞ qoşunlarının yerləşdirilməsini – red.) həm ABŞ Prezidenti Donald Tramp, həm də "istəkli koalisiya"sının nümayəndələri ilə müzakirə edirik. Bu, təhlükəsizlik zəmanətləri məsələsində güclü mövqe olardı. Lakin son qərarı ABŞ rəhbərliyi verəcək", – Zelenski qeyd edib.