Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Ev Prezidenti Donald Trampa Ukraynanın 30-50 il müddətinə təhlükəsizlik zəmanəti almasını təklif edib.
“Cebheinfo.az” xəbər verir ki, Zelenski medianın suallarını cavablandırarkən bu barədə bildirib.
"Biz bunu komanda şəklində müzakirə etdik. Dünən Prezidentlə ABŞ-dən Ukraynaya güclü təhlükəsizlik zəmanətlərinin olacağını təsdiqlədik. Amma bu əbədi deyil, sənədlərdə bu zəmanətlərin 15 il müddətinə verildiyi və bu təhlükəsizlik zəmanətlərinin uzadılması ehtimalının olduğu bildirilir", - deyə Ukrayna lideri qeyd edib.
Zelenskinin sözlərinə görə, o, daha uzun zəmanət müddəti məsələsini qaldırıb.
"Mən ona dedim ki, biz artıq müharibədəyik və bu, təxminən 15 ildir davam edir. Buna görə də mən daha uzun zəmanətlər istərdim. Mən də ona dedim ki, biz zəmanətin 30-40-50 il müddətinə mümkünlüyü nəzərdən keçirmək istərdik.
Bu, Prezident Trampın tarixi qərarı olacaq. Prezident bunu nəzərdən keçirəcəyini bildirib", - deyə dövlət başçısı əlavə edib.