Cənubi Koreyanın Nüvə Təhlükəsizliyi Komissiyası ölkənin ilk nüvə reaktoru olan “Saeul-3”ün istismarını təsdiqləyib.
Publika.az “Yonhap”a istinadən xəbər verir ki, nüvə reaktorunun 2026-cı ildə istismara verilməsi planlaşdırılır.
Bildirilib ki, qərar “Saeul-3”ün təhlükəsizliyinin hərtərəfli araşdırılmasından sonra, hüquqi prosedurlara və elmi-texnoloji prinsiplərə əsaslanaraq verilib.
Komissiyasının sədri Çoi Von-ho məsələ ilə bağlı açıqlamasında bildirib ki, reaktor altı ay müddətində pilot istismar prosesindən keçəcək və təhlükəsizlik yoxlamaları davam edəcək.