ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Ekvador hökuməti yaxın 10 il ərzində ölkənin ilk nüvə reaktorunu istismara verməyi hədəfləyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit və Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik elan edib ki, Ekvadorda ölkənin nüvə proqramının icrası ilə məşğul olacaq xüsusi orqan yaradılacaq.
"Bu orqan nüvə proqramına cəlb olunmuş bütün dövlət strukturlarının qarşılıqlı fəaliyyət göstərəcəyi qurumlararası koordinasiya platformasına çevriləcək. Ekvadorun ilk nüvə reaktoru olan RNE1-in təxminən yaxın on il ərzində istismara verilməsinədək prosesə texniki rəhbərliyi öz üzərinə götürəcək", - deyə məlumatda bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.