AZ

Həbsdə olan sabiq icra başçısı azadlığa buraxıldı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.

Seçilən
42
23
ucnoqta.az

10Mənbələr