Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.
Ölkə.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, amnistiya aktı ona da şamil edilib.
İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.
Bundan başqa Neftçalanın sabiq icra başçısının müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.
Bu gün icra olunan amnistiya aktı ona da şamil edilib.
Qeyd edək ki, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 2020-ci ildə həbs edilib.
Məhkəmənin hökmü ilə 2021-ci ildə G. Sadıqova 8 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib. Daha sonra onun cəzası 4 il 6 aya qədər azaldılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.