AZ

Bu ailələrə şad xəbər - Hər birinə 200 manat ödənildi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.


Bu barədə Pravda.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.


Bildirilib ki, maddi yardımın ödənişi Prezident İlham Əliyevin Sərəncamına əsasən baş tutub.


Birdəfəlik maddi yardımları nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) qeyd edilən ailələrin hesablarına köçürüb.


Ödənişlər ümumilikdə 76 min 103 ailəni (337932 nəfər ailə üzvü) əhatə edib.


Beləliklə, dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.

Tarix: 30 Dekabr 2025, 13:37   
Seçilən
41
16
pravda.az

10Mənbələr