AZ

Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən birdəfəlik maddi yardımlar qeyd edilən ailələrin hesablarına köçürülüb.

Birdəfəlik maddi yardımlar ümumilikdə 76 103 ailəni (337 932 nəfər ailə üzvü) əhatə edib.

Seçilən
37
28
vergiler.az

10Mənbələr