Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında “SOCAR Polymer”in ixracdanəldə etdiyi gəlirlər 242,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trendİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)“İxrac icmalı”nın dekabr nəşrinə istinadən xəbər verir.
İnformasiyaya əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 10,1 milyon ABŞ dolları və ya 4,3 faiz daha çoxdur.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarındaiştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda növbətiyerlərdə SOCAR Polymer MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC,SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi”MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu”Mineral Su Zavodu MMC, həmçinin Naxçıvan Muxtar RespublikasınınEnerji Xidməti yer alır.