AZ

SOCAR-ın Qaz İxracı İdarəsinin yanvar-noyabr ayları ərzində ixracdan əldə etdiyi gəlirlərin həcmi açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın Dövlət NeftŞirkətinin (SOCAR) Qaz İxracı İdarəsinin ixracdan əldə etdiyigəlirləri 61,7 milyon ABŞ dolları təşkil edib.

Trend İqtisadiİslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nınoktyabr buraxılışına istinadən xəbər verir ki, ötən ilin eynidövründə sözügedən idarə ixracdan gəlir əldə etməyib.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarındaiştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda növbətiyerlərdə SOCAR Polymer MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC,SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi”MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu”Mineral Su Zavodu MMC, həmçinin Naxçıvan Muxtar RespublikasınınEnerji Xidməti yer alır.

Seçilən
95
2
az.trend.az

3Mənbələr